Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Vaxtı keçmiş kreditlərlərlə bağlı – Qanun layihəsi olacaq

Vaxtı keçmiş kreditlərlərlə bağlı – Qanun layihəsi olacaq

Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır: “Bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq”.

Bundan başqa, R.Aslanlı qeyd edib ki, maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır. Eyni zamanda, daşınar əmlakın girovluğu ilə bağlı layihə üzərində iş gedir.(report)

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın