Bazar , Oktyabr 20 2019
Ana səhifə / Kriminal / Vaxtı keçmiş kreditlərin həcmi Açıqlanıb

Vaxtı keçmiş kreditlərin həcmi Açıqlanıb

Banklar tərəfindən ev təsərrüfatlarına ayırılan kreditlərin həcmi azalıb.

Mərkəzi Bankın məlumatına görə, bu ilin dörd ayında ev təsərrüfatlarına 5230,2 milyon manat kredit verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu kreditlərin həcmi 1955,2 milyon manat azalıb.

2017-ci ilin dörd ayında ev təsərrüfatlarına ayrılan vəsaitin kredit portfelindəki xüsusi çəkisi 33,8 faizə bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə istehlak kreditlərinin portfeldəki xüsusi çəkisinin 1 faiz, ötən ilin hesabat dövrü ilə müqayisədə isə 4,5 faiz azalması deməkdir.

Hesabat dövründə ticarət və xidmət sektoruna 2198,9 milyon manat, inşaat və əmlak sektoruna 1863,7 milyon manat kredit ayrılıb. Mərkəzi Bankın statistikası göstərir ki, inşaat və əmlak sektoruna ayrılan kreditlərin ümumi həcmi azalsa da, kredit portfelindəki xüsusi çəkisi faiz nisbəti ilə artıb və ilin əvvəlindəki 11,9 faizdən 12,1 faizə yüksəlib.

Qeyd edək ki, ilin əvvəlindən ümumilikdə 15 milyard manat kredit qoyuluşu həyata keçirilib. Kreditlərin 1594,0 milyon manatının ödəmə vaxtı keçib. Bu da vaxtı keçmiş kreditlərin kredit portfelindəki xüsusi çəkisinin 10,3 faizə çatması deməkdir. Müqayisə üçün bildirək ki, ilin əvvəlində nisbət 9,8 faiz olub.

Həmçinin oxuyun

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü …

Bir cavab yazın