Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilməlidir” – Ekspert

“Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilməlidir” – Ekspert

“Valyutadəyişmə məntəqələrinin fəaliyyəti əlbəttə ki, bərpa edilməlidir. Regionlarda, xüsusən də Bakının rayonlarında bu cür xidmətlərin olması vacibdir. Güman edirəm ki, bu iş tez bir zamanda sürətlə həyata keçiriləcək”.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov valyutadəyişmə məntəqələrinin yenidən açılması haqda danışarkən deyib.

O, bunun müsbət addım olduğunu bildirib: “Xidmətin bağlanmasına səbəb olaraq isə valyutadəyişmə məntəqələrinin süni bahalaşmaya səbəb olması göstərilirdi. Sonradan isə bu arqument özünü təsdiqləmədi. Məlum oldu ki, valyutadəyişmə məntəqələrinin bağlanması nəticə etibarilə qara bazarın yaranmasına səbəb olub. Bu, həm də banklar arasındakı rəqabəti zəiflətdi. Valyutadəyişmə məntəqələrinin bağlanması eyni zamanda 6 min iş yerinin bağlanmasına səbəb olmuşdu.

Beynəlxalq idman yarışları və turizm mövsümünün başlaması ərəfəsində turistlərin valyuta dəyişməklə bağlı işini asanlaşdırmaq baxımından bu məntəqələrin açılması əhəmiyyətli addımdır. Amma bunuyalnız turist və beynəlxalq yarışlarla deyil, Azərbaycan vətəndaşlarının rəqabətli mühitdə valyutanı alıb-satmaq imkanının genişləndiriməsi ilə əlaqələndirilmək lazımdır.Unutmaq olmaz ki, bu xidmət ilk olaraq Azərbaycan vətəndaşları üçündür”.

Məsələyə münasibət bildirən ekspert Natiq Cəfərli bildirib ki, valyutadəyişmə məntəqələrinin bağlanması səhv addım idi: “Valyutadəyişmə məntəqələri bağlanarkən ölkədə ciddi panika havası var idi. Panikaya səbəb kimi isə buxidmətin məzənnə ilə “oynaması”bildirilirdi. Çünki valyutadəyişmə məntəqələrində valyutanın satışı dayandırılmışdı, yalnız alışı həyata keçirildi. Bu da əhali arasında dolların gələcəkdə daha kəskin bahalaşmasının siqnalı kimi qəbul olunurdu. Buna görə də gərginliyi aradan qaldırmaq üçünxidmətin bağlanması əsas faktor kimi ortaya çıxdı. Ancaq ekspert olaraq bunun doğru addım olmadığını əvvəlcədən demişdik”.

Qeyd edək ki, artıq Azərbaycanda fiziki və hüquqi şəxslərə valyutadəyişmə məntəqələri açmağa icazə verilməsi ilə bağlı “Valyuta tənzimi haqqında” Qanuna müvafiq dəyişikliklər parlamentə təqdim edilib.

Dəyişikliklərin qəbul olunacağı təqdirdə bu məntəqələri təkcə Azərbaycan rezidentləri yox, həm də xarici şirkətlər bu ölkədəki filiallarında aça bilər.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın