Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Valideyn müəllimdən polisə şikyət edib – Qızının açıq-saçıq görüntülərinin yayılması ilə bağlı

Valideyn müəllimdən polisə şikyət edib – Qızının açıq-saçıq görüntülərinin yayılması ilə bağlı

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 82 saylı orta məktəbin şagirdlərindən birinin valideyni polisə şikayət edib.
“Report”un xəbərinə görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət edən C.Ş. (şərtidir) bu məktəbdə təhsil alan yeniyetmə qızının açıq-saçıq görüntülərinin yayıldığını bildirib. C.Ş. şikayətində bu məsələdə qızının Ə. (şərtidir) adlı qadın müəlliminin əli olduğunu qeyd edib.
Polis faktla bağlı araşdırmalara başlayıb.
“Report” məktəbin direktoru Leyla Fətiyevaya açıqlama almaq üçün müraciət edib. Lakin o, bu mövzuda danışmaq istəmədiyini deyib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …