Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Kriminal / Valideyinlərini öldürən Gədəbəy sakini meşədə gizlənir

Valideyinlərini öldürən Gədəbəy sakini meşədə gizlənir

Gədəbəyin Qurudərə kəndində yaşlı valideyinlərini bıçaqlayaraq öldürən Şöhrət Məsimovun meşədə gizləndiyi təxmin edilir. Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb. Hazırda Gədəbəy rayon polis idarəsinin əməliyyatçıları Qurudərə kəndi ətrafındakı meşələrdə qatili axtarır. Bu haqda “Sputnik”ə hüquq-mühafizə orqanlarındakı mənbələrdən deyiblər.

Xəbər verildiyi kimi sentyabrın 21-də Məsimov evdə atası, 1931-ci il təvəllüdlü Mikayıl Məsimovu sinəsindən iki bıçaq vurmaqla öldürüb. Daha sonra anası, 1938-ci il təvəllüdlü Ayna Məsimovanı bıçaqlayıb. Məlumata görə yaşlı qadın ərinin öldürüldüyünü görəndə həyətə qaçıb canını qurtarmağa çalışıb, ancaq oğlu onu həyətdə haqlayaraq kürəyindən bıçaqla vuraraq öldürüb. Daha sonra hadisə yerindən qaçaraq gizlənib.

Qonşuların bildirdiyinə görə oğulla valideyinləri arasında münaqişə Şöhrət Məsimovun bacısına görə yaranıb. Onun bacısı kənddə valideyinlərindən ayrı yaşayır və atasının evinə qayıtmaq istəyirdi. Məsimov isə bununla razı deyilmiş və valideyinləri qızı ata evinə geri qaytarmağa razılaşdıqlarına görə onları öldürüb. Qonşular Məsimovla valideyinləri arasında bu məsələ ilə bağlı mübahisənin şahidi olublar və ehtimal edirlər ki, qətlin motivi məhz həmin münaqişədir.

Gədəbəy rayonunun Qurudərə kəndi üzrə icra nümayəndəsi Nəsib Məmmədov virtualaz.org saytına açıqlamasında Məsimovlar ailəsinin dava-dalaşdan uzaq, sakit, problemsiz ailə olduqlarını deyib:”Yaşlı ər-arvad idilər. Şöhrət ailəsi ilə birlikdə Bakıda yaşayır. Hər il yay aylarında kəndə gəlirlər. Ata evinin yaxınlığında Şöhrətin özünün ayrıca evi var”.

Oğulla valideynlər arasında yaranmış münaqişəyə gəlincə isə icra nümayəndəsi də bununla bağlı kənddə müxtəlif söz-söhbətlər dolaşdığını bildirib:” Şöhrətin bacısı Mailə Şəmkir rayonuna ərə getmişdi. Boşandıqdan sonra ikinci dəfə ailə qurub. İndi yenidən atası evinə qayıtmaq istəyirmiş. Şöhrət isə bacısının ata ocağına qayıtmasına razı olmayıb, mübahisə də buna görə baş verib. Ola bilər bəlkə də deyilənlər fərziyyədir, bunu istintaq orqanları araşdıracaq”.

İstintaq orqanlaır isə müəyyən ediblər ki, Şöhrət Məsimov bundan əvvəl də qətl törədib. O, 2000-ci illərin əvvəllərində Rusiyada adam öldürüb və bu cinayətə görə məsuliyətə cəlb olunmayıb. Azərbaycana qaçaraq burada yaşamağa başlayıb. Rusiya hüquq-mühafizə orqanları isə Məsimovun törətdiyi qətllə bağlı Azərbaycan tərəfinə sənədləri təqdim etməyib.

Virtualaz.org

Həmçinin oxuyun

“Xanımımın yolunu kəsən sürücü oğlumu boğmaq istəyib” – Video

Bakıda sürücülər arasında insident baş verib.  “ Azinforum.az ” xəbər verir ki, Avtosfer.az-a müraciət edən …