Ana səhifə / Kriminal / Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi

Vahid Ələkbərov neftin gələcək qiyməti ilə bağlı proqnoz verdi

Rusiyanın ikinci böyük neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərov, neft qiymətlərinə dair proqnozunu açıqlayıb.
O, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.
Virtualaz.org-un Bolqarıstanın “Trud” qəzetinə istinadən məlumatına görə, V.Ələkbərov verdiyi açıqlamada bildirib: “Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir”.
V.Ələkbərova görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.
“Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barelinin qiyməti 60 dollar ətrafında tərəddüd edcək”, -deyə V.Ələkbərov fikrini dəqiqləşdirib.
549 DƏFƏ OXUNUB

 

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın