Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Vahid Əhmədov Tramp, neft, dollar və Azərbaycan haqda

Vahid Əhmədov Tramp, neft, dollar və Azərbaycan haqda

“2017-ci il dünya iqtisadiyyatı üçün uğurlu il olmayacaq”.

Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının əsasını neftin qiyməti təşkil edəcək: “Amerika Birləşmiş Ştatlarının yeni dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayır. Bu o deməkdir ki, Amerika nefti dünya bazarına çıxacaq və neftin qiymətində müəyyən problemlər yaranacaq. Bu problem dünya iqtisadiyyatına təsir edəcək, o cümlədən Amerika valyutası olan dollar bahalaşacaq. Bu bahalaşma isə bütün dünyanın iqtisadiyyatına mənfi təsir edəcək”.

Vahid Əhmədov bu ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olmayacağını deyib: “Azərbaycanda da kadr islahatları aparılması planlaşdırılıb. Bu islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır. İlin birinci yarısı təlatümlü olsa da, ikinci yarısı üçün müsbət addımlar atılacaq”.

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …

Bir cavab yazın