Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Vəzifəli şəxsin övladları həmkəndlilərini bıçaqlayıb – Fotolar

Vəzifəli şəxsin övladları həmkəndlilərini bıçaqlayıb – Fotolar

Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.

Hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləri Elim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red.) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb.

Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Fakt araşdırılır.

Vəzifəli şəxsin övladları həmkəndlilərini bıçaqlayıb
Vəzifəli şəxsin övladları həmkəndlilərini bıçaqlayıb

Report.az

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …