Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Vətən müharibəsində işdən çıxarılan yüksək vəzifəli hərbçiyə cinayət işi açıldı

Vətən müharibəsində işdən çıxarılan yüksək vəzifəli hərbçiyə cinayət işi açıldı

Vətən müharibəsində işdən çıxarılan polkovnik-leytenanta cinayət işi açılıb.

Kriminalqafqaz xəbər verir ki,  Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir.

Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Məlumata görə, F.Hüseynov Vətən müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıb.

Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.

Həmçinin oxuyun

“Qazaxlı Alik”in oğlunun məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Qazaxlı Alik”in oğlu Fuad Muradovun məhkəməsi başlayır. Onun barəsindəki cinayət …