Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Qadın 7 ildən sonra polis tərəfindən “zorlandığını” xatırlayıb

Qadın 7 ildən sonra polis tərəfindən “zorlandığını” xatırlayıb

Qarşı cinsin nümayəndələri ilə öncə dostluq münasibəti quran, bu “səmimiyyət”dən istifadə edərək şantaj yolunu seçən, sosial şəbəkələrdə, mətbuatda, qohumlar arasında barələrində rüsvayedici məlumatlar yayacağı ilə onları hədələyən qadın sonda qazdığı quyuya özü düşüb. Təcavüzə uğradığını, zorakılığa məruz qaldığını iddia etsə də, hüquq-mühafizə orqanlarına şikayət etməməsi, qadınlıq ləyaqətinin tapdalanmasının 7 ildən sonra yadına düşməsi isə müəmma doğurur.

Bakı Ağır Cinayətlər Məhkəməsində 47 yaşlı Bərdə rayon sakini  Aysel Camalovanın (ad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

İttihama görə, Aysel Camalova 2013-cü ilin iyun ayında “Evromed” Tibb Mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli hərəkətlər edilməsinə dair rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, iş kollektivində, qohumları arasında yayacağı ilə hədələyib.

Eyni ssenari üzrə A. Camalova  İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılovu da hədələyib. Belə ki, 2010-cu ilin aprel ayında P.İsmayılovun ona narkotik tərkibli sulu qəlyan çəkdirib huşsuz hala gətirməsi və onunla yaxınlıq etməsi barədə rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gələrək 50 min manat tələb edib. P.İsmayılov bununla bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktubla müraciət ünvanlayıb. Müraciət əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

A. Camalovaya  qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

“Mənə dedi ki, başına oyun açaram, qızını öldürərəm”

Təqsirləndirilən A.Camalova  ifadəsində rayonlardan birində polis əməkdaşı işləyən P.İsmayılovu 2008-ci ildən tanıdığını, sonuncunun onunla yaxınlıq etmək istədiyini, amma razılaşmadığını göstərib. P.İsmayılov hər dəfə Bakıya gələrkən onunla əlaqə saxlayır, zəngləşib-görüşürlərmiş. Növbəti dəfə 2010-cu ildə P.İsmayılovun dəvəti ilə onların məclisinə qatılan A.Camalova  həmin gün başına gələnlər barədə belə deyib: ”Məclisdən çıxdıqdan sonra çay evinə gəldik. Həmin vaxt Pərvizin dostu da bizimlə idi. Onun təkidi ilə qəlyan çəkdim. Qəlyanın içərisində bihuşedici nəsə vardı. Gözümü açanda gördüm otaqdayam. Pərviz dostu ilə birgə mənə təcavüz etdi, işgəncələr verdi. Onların hərəkətlərinə dözə bilməyib qışqırdım, Pərviz ağzımdan tutdu. Dilim arxaya qatlandığından az qaldı ki, ölümlə üzləşim. Məni sürüyüb hamama saldılar, soyuq duşun altında saxladılar ki, özümə gəlim. Məni evə gətirəndə hədələdi, dedi, bu barədə kiməsə xəbər versən başına oyun açaram, qızını öldürərəm”.

“Onu sivil qaydada məhkəməyə verəcəyimi dedim”

A.Camalovanın  ifadəsinə görə, ertəsi gün P.İsmayılov ona zəng vuraraq həkimə getmək üçün 300 manat göndərib. Sonradansa telefonunu söndürərək yoxa çıxıb. Yalnız ötən ilin sonlarında Pərvizi tapa bilib. Onunla telefon əlaqəsi saxlayaraq 6 il öncə dostu ilə birgə onu zorladıqlarını, səhhətində problem yarandığını, qadın ləyaqətini tapdaladıqlarına, təcavüzə görə onları məhkəməyə verib cəzalandıracağını bildirib: “Dedi ki, əgər şikayət etsən, məni işdən azad edərlər. Sağlamlığıma dəymiş ziyanın ödənilməsi üçün mənə 50 min manat təklif etdi. Həmin pulu hissə-hissə verməyə başladı. Müxtəlif vaxtlarda 5500 dollar göndərmişdi. Axırıncı dəfə əməliyyat üçün 6 min dollar verəcəyini, yerdə qalan pulu isə mayın sonunda ödəyəcəyini dedi. Mayın 1-də “Nərimanov”da Pərvizlə görüşdük. Pərviz stolun üstünə 6 min manat qoyub dedi ki, bu pul sənin müalicən üçündür. Pulu götürüb ayrılan kimi polislər məni saxlayıb “bandotdel”ə dəvət etdilər. Pərvizin polisə şikayət etdiyini bildim”.

Həkim-kardioloqa gəlincə isə, A.Camalova ifadəsində “Evromed” klinikasında müayinəyə zamanı T.Sadıqovun ona qarşı seksual hərəkətlər etdiyini bildirib. Bu barədə hətta polisə də şikayət edib. T.Sadıqov ona 500 manat pul verib.

“Deyirdi ki, yeməyimə zəhər qatılıb”

Zərərçəkmiş Pərviz İsmayılov ifadəsində A. Camalovanın dediklərinin yalan olsa da, ona hədə-qorxu gəlməsindən qorxduğunu, özünə yer tapa bilmədiyini göstərib.

A.Camalova  ilə P.İsmayılovun tanışlığı sonuncunun Göyçay rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi vəzifəsində işlədiyi dövrə təsadüf edib. Belə ki, həmin vaxt axtarışda olan Vaqif Əliyevin Aynur adlı qadınla qeyri-rəsmi yaşaması haqda polisə məlumat daxil olub. Onun gizləndiyi yer A.Camalovanın  köməkliyi ilə müəyyən edilib və V.Əliyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. O zamandan etibarən V.Dadaşova ilə polis əməkdaşı arasında səmimi münasibət yaranıb. Bir neçə dəfə bir yerdə çörək də kəsiblər.

Polis rəisinin müavini bildirib ki, təxminən 7 il bundan öncə aprel-may aylarında dostları ilə birgə kafedə yemək yeyərkən Aysel zəng vurub harada olmasını xəbər alıb: “Aysel kafeyə gələndə sərxoş idi. Bir az da bizimlə oturub içdi, lap sərxoş oldu. İçkili olduğundan yaşadığı yerin ünvanını öyrənə bilmirdik ki, aparıb evlərinə yola salaq. Məcbur olub ayılmasını gözlədik. Ayıldıqdan sonra Ayselin kirayə qaldığı evə düşürdük. İki-üç gündən sonra Aysel zəng vurub dedi ki, guya həmin gün yemək zamanı onun yeməyinə zəhər qatılıb, həkimə getmək üçün pul istədi. Ayselin  şər-xata olduğunu görüb ona 500 manat pul yolladım. Ondan sonra bir daha Vəfanı görmədim”.

“Axı mən bunu etməmişəm, niyə mənə böhtan atırsan?”

Altı il keçdikdən sonra A.Camalovanın  yenidən üzə çıxaraq ona zəng vurduğunu deyən polis əməkdaşı qadının onu şantaj etdiyini, işdən qovduracağı ilə hədələdiyini deyib:

“Guya tanışımla birgə 2010-cu ildə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağımızı əsas gətirib, Türkiyədə əməliyyat olunmaq üçün 2 min dollar tələb edirdi. Əks halda, ailədə və işdə rüsvay edəcəyini, işdən qovduracağını bildirdi. Dedim ki, mən bunu etməmişəm axı, niyə mənə böhtan atırsan? O isə yalandan da olsa, səni şərləyəcəyəm dedi. Aynurdan  qorxurdum, onunla görüşməyə ehtiyat edirdim. Məcbur olub qohumum vasitəsilə ona 2 min dollar göndərdim”.

“Mənim adım Aynurdur, əlimdən heç kim qaça bilməz”

A.Camalova  pulu alandan bir neçə gün sonra İsmayıllıya – P.İsmayılovun iş yerinə yollanıb. Zəng vurub onunla görüşmək istəsə də, P.İsmayılov Ayseli qəbul etməyib. Qadın əl çəkməyərək israrla görüşəcəyini deyib:

“Bu dəfə 3500 dollar tələb etdi. Yenə hədələdi. Tanışım vasitəsilə Ayselə  yenə də 2 min manat yolladım. Artıq bu hal bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəldim. Deyirdi ki, mənim adım Ayseldi, əlimdən heç kim qaça bilməz. Semoşkoda işləyən Tofiq adlı həkimin də başına oyun açdığını deyirdi”.

P.İsmayılov Aynur ilə heç vaxt şəxsi yaxınlıq etmədiyini, sadəcə onu tanıdığını deyib.

“Məni şərləyəcəyini, iş yerimdə rüsvay edəcəyini deyirdi”

Həkim-kardioloq Tofiq Sadıqov da Aysel Camalovanın  şantaj və hədələrinə tuş gəldiyini deyib:

“Sonradan mesaj yazıb düzgün müalicə aparılmadığını, kliniki ölüm keçirdiyini, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət edəcəyini, ona qarşı əxlaqsız hərəkətlər olunduğunu deyərək şərləyəcəyini bildirdi. Ailəmdə, iş yerimdə məni rüsvay edəcəyi ilə hədələdi. Bunu etməmək üçün isə 1000 manat istədi, məcbur olub verdim. Bundan sonra yenə iş yerimə gəlib 300 manat pul aldı. Ondan sonra bir daha Ayseli görmədim. Sonradan bildim ki, Aysel  bu cür həyat tərzi yaşayır. Müxtəlif kişilərlə əlaqə qurur, sonra onlardan bu və ya başqa adlarla hədə-qorxu gəlib pul tələb edir, rüsvay edəcəyi ilə qorxudur. Həmin şəxslərə özünü jurnalist kimi təqdim edir. Bu ilin may ayında Aysel tutulmasını eşidib onun barəsində şikayət ərizəsi ilə müraciət etdim. Mənim Aysel  ilə heç bir yaxın münasibətim olmayıb. Mənə pasient kimi müraciət edib. Ona qarşı seksual hərəkətlər etməmişəm”.

Məhkəmə prosesi 31 oktyabrda davam edəcək.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …