Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Kriminal / Vəzifəli şəxslərin adından rüşvət alan adamın məhkəməsi başlayıb

Vəzifəli şəxslərin adından rüşvət alan adamın məhkəməsi başlayıb

Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Süleyman Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olan məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində ona Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə S.Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranıb. Musavat.com

Həmçinin oxuyun

Rüşvətə görə həbs edilən gömrükçülərin adları açıqlandı – RƏSMİ

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin bəzi vəzifəli şəxslərinin …