Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Vəzifəli şəxs həbs edildi – Dələduzluqda ittiham olunur

Vəzifəli şəxs həbs edildi – Dələduzluqda ittiham olunur

Azərbaycanda vəzifəsinin icrası ilə əlaqədar rüşvət verməkdə və digər ağır cinayətlərdə ittiham olunan şəxs həbs edilib.

Əhmədov Murad Fərhad oğlu Baş Prokuror yanında Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

İttihama görə, Murad Əhmədov vəzifəsinin icrası ilə əlaqədar rüşvət tələb etməkdə, daha yüksək vəzifəli şəxsə rüşvət verməkdə, çoxsaylı dələduzluq etməkdə ittiham olunur.

İstintaq davam edir.   /Demokrat.az

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …