Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Kriminal / Vəli Ələsgərov danışdı: “ Deyilənlər yalandır, hazırda Bakıda ailəmin yanıdayam”

Vəli Ələsgərov danışdı: “ Deyilənlər yalandır, hazırda Bakıda ailəmin yanıdayam”

Xəbər verdiyimiz kimi Naxçıvan MR keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Onun azadlığa buraxıldıqdan sonra Naxçıvandan çıxışına qadağa qoyulduğu, Bakıya gələ bilmədiyi haqda məlumatlar yayılıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən sabiq nazir deyilənlərin yalan olduğunu bildirib. O, azadlığa çıxması haqda da danışıb.

“Mənim son ana qədər heç nədən xəbərim olmayıb. Rəis məni çağırıb deyəndə ki, sizi azadlığa buraxırıq, şoka düşdüm, elə bildim zarafat edir. İndi də azadlıqdayam. Bu deyilənlər yalandır. Hazırda Bakıda, ailəmin yanıdayam. Səhhətimlə, problemlərlə məşğulam. Allah dövlətimizi və Müzəffər Ali Baş Komandanımızı qorusun! Var olsun, sağ olsun, cənab Prezidentimiz.”

Həmçinin oxuyun

16 yaşlı cüdoçunu öldürən şəxs belə saxlanıldı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il …