Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Kriminal / Uşaqların döyüldüyü sığınacaqla bağlı hökm oxundu

Uşaqların döyüldüyü sığınacaqla bağlı hökm oxundu

“Sevgi evi” Qadın və Uşaq sığınacağında uşaqlara əzab verməkdə ittiham olunan Nazxanım Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Sabunçu Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən N.Məmmədovaya 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədən cəzanın çəkilməsi təxirə salınıb.

Qeyd edək ki, sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılmış C.M-nın (şərti) müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Bundan başqa sığınacaqda saxlanılan digər iki azyaşlının bədəni üzərində xəsarət izləri aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, “Sevgi evi” Qadın və Uşaq sığınacağının rəhbəri Könül Qasımovadır.

https://ok.ru/videoembed/4457706818154

Həmçinin oxuyun

143 milyon mənimsəyənlərin məhkəməsi dövlət sirlərinə görə qapalı keçiriləcək

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi …