Şənbə , Dekabr 5 2020
Ana səhifə / Kriminal / “Uşaqlar qışın günündə soyuqda qalacaq” – 3 ailənin qaldığı ev külə döndü – VİDEO

“Uşaqlar qışın günündə soyuqda qalacaq” – 3 ailənin qaldığı ev külə döndü – VİDEO

Kürdəmirdə 3 ailənin yaşadığı ev yanıb.

ARB TV xəbər verir ki, hadisə bu gün gündüz saatlarında şəhərin Yaşar Seyidov 43 ünvanında baş verib.

Sabir Sədi oğlu Səmədova məxsus 1 mərtəbəli, 4 otaq, 2 mətbəx və aynabənddən ibarət olan fərdi yaşayış evində güclü yanğın baş verib.

Hadisə yerinə FHN-nin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 204 kvadratmetr olan evin 124 kvadratmetri əşyaları ilə birlikdə yansa da, evin qalan hissəsi yanğından mühafizə olunub.

İlkin ehtimala görə, 3 ailənin yaşadığı evdə yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Sabir Səmədov (ev sahibi): “Qonşular zəng edib dedi ki, eviniz yanır. Bilmirəm nədən olub”.

Zərərçəkən: “Nə işıq, nə də qaz yanılı vəziyyətdə deyildi. Hamısı sönülü idi. Qonşular dedi ki, eviniz alışır. Qışın günündə uşaqlar soyuğun altında qalacaq”.

Zərərçəkən: “3 ailə yaşayırıq. 11 nəfər bu evin içində qalırdıq. 2 gəlinimin cehizləri, qızılları, öz əşyalarımız, pullarımız, sənədlərimiz hamısı yandı. Təkcə əynimizdəki paltarlar qaldı”.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …