Ana səhifə / Kriminal / “Ürəyim sıxılırdı, oğurluğa getdim” – 18 yaşı var…

“Ürəyim sıxılırdı, oğurluğa getdim” – 18 yaşı var…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Cavid Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Belə ki, C.Əhmədov sərxoş vəziyyətdə Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan Nicat Əhmədovun evinə girərək yatan Elnarə Əhmədovanı xəncərlə hədələyərək 150 manat istəyib. Səsə oyanan Nicat Əhmədov onu zərərsizləşdirib.

Təqsirləndirilən C. Əhmədov ifadə verərək deyib ki, həmin gün qonşusunun ad günündə iştirak edib və orada çoxlu miqdarda spirtli içki qəbul edib: “Ordan çıxıb sərxoş vəziyyətdə evə getdim. Anamla tək qalırdım, bekarçılıqdan ürəyim sıxılırdı, darıxırdım. Evdən suvenir xəncəri götürüb o evə getdim, elə bilirdim orada heç kim yaşamır. Hasardan tullanıb həyətə keçdim. Pəncərədə setkanı cırıb içəri girdim. Qadın yatmışdı, onu oyadıb 150 manat pul istədim. Mənə elə o qədər pul lazım idi. Amma vermədi, qışqırdı. Əri yanında yatmışdı, oyandı, xəncəri özüm ona təhvil verdim. Mənim əl-qolumu bağladı, sonra qonşular yığışdı. Polis çağırıb məni onlara təhvil verdilər”.

Proses dekabrın 10-da davam etdiriləcək.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …