Ana səhifə / Kriminal / Universitet tələbəsi psixoloji problemlər səbəbindən intihar edib — Prorektordan açıqlama

Universitet tələbəsi psixoloji problemlər səbəbindən intihar edib — Prorektordan açıqlama

May ayının 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb. Onun asılmış meyiti nənəsinə məxsus bağ evində aşkar edilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 4-cü kurs tələbəsi, 1996-cı il təvəllüdlü Ramiz Nadir oğlu Şahmalıyevlə bağlı tədris işlər üzrə prorektor Qasım Məmmədov “Ölkə.Az”a açıqlama verib.

“R.Şahmalıyev 2012-ci ildə test üsulu ilə 565 balla qaz-neft mədən fakültəsinin neft-qaz mühəndisliyi ixtisasına daxil olub, ödənişli təhsil alıb. Çox savadlı tələbə idi. Sadəcə son vaxtlar psixoloji problemlərinin yaranması səbəbindən 1 illik akademik məzuniyyət götürmüşdü, 1 aydan sonra diplom işini müdafiə etməli idi”,- deyə prorektor bildirdi.

İntihar faktı ilə bağlı tələbənin atası Nadir Şahmalıyev də danışdı. Onun sözlərinə görə, oğlu bağ evində intihar edib, həmin zaman evdə heç kim olmayıb. Psixoloji problemlər səbəbindən müalicə alırdı.
Xatırladaq ki, may ayının 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb. Onun asılmış meyiti nənəsinə məxsus bağ evində aşkar edilib.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlarında baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Həmçinin oxuyun

“Torqovı”da “Rövşən Lənkəranski” köynəyi geyinən gənclər saxlanıldı – FOTO

Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb. Unikal.org  “Bizimyol”a istinadən xəbər verir ki, Nizami …