Ana səhifə / Kriminal / “Unibank”dan nazirlik əməkdaşına fırıldaq – İstifadə etmədiyi pulu tələb edirlər

“Unibank”dan nazirlik əməkdaşına fırıldaq – İstifadə etmədiyi pulu tələb edirlər

“Unibank” müştərilərindən fırıldaqçılıq yolu ilə pul tələb edir.

AzNews.az xəbər verir ki, bu iddianı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı, psixoloq Xatirə Səfərova sosial şəbəkədə irəli sürüb. X.Səfərova sözügedən bankın istifadə etmədiyi plastik kartına görə ondan ödəniş tələb etdiyini yazıb: “İllərdir işlətmədiyim “Albalı” kartıma görə bankdan zəng ediblər ki, siz kartdan pul çıxartmısınız, gətirin ödəyin. Mən isə kartımı qayçıyla kəsib dogramışam. Deyirəm ki, axı kartımı kəsib atmışam. Zorla deyir ki, xeyir, xərcləmisiniz və pul çıxartmısınız”.

Nazirlik əməkdaşı mübahisənin böyüdüyünü görərək hansı bankomatdan pul çıxarması ilə bağlı məlumat istəyib. Lakin bankın cavabından heyrətə gəlib: “Dedim ki, yaxşı, əgər xərcləmişəmsə o zaman mənim elektron ünvanıma hansı bankomatdan pul çıxardığımla və haradan alış-veriş etməyimlə bağlı məlumat yollayıb. Çox maraqlı cavab aldım. Dedilər ki, xanım, bizim sistem sizin harada nə etdiyinizi göstərmir”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın