Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə çıxarılıb. Məlum olub ki, özünü çaya atan kişinin “Unibank”a yığılıb qalmış borcu var və onu ödəyə bilmədiyindən özünü öldürməyə qərar verib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …