Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Kriminal / “Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan kişi özünü körpüdən çaya atdı – FOTO

“Unibank”a borcu olan  58 yaşlı Mingəçevir sakini özünü körpüdən çaya atıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə şəhərin əsas nəqliyyat körpüsü üzərində baş verib. Belə ki,  58 yaşlı şəhər sakini Əlövsət Əhmədov  insanların gözü önündə özünü körpüdən Kür çayına atıb.

Batmaq üzrə olan kişi son anda qayıqçılar Azər Müseyibov və Toğrul Rəhimli tərəfindən xilas edilərək sahilə çıxarılıb. Məlum olub ki, özünü çaya atan kişinin “Unibank”a yığılıb qalmış borcu var və onu ödəyə bilmədiyindən özünü öldürməyə qərar verib.

Həmçinin oxuyun

“Cəzaçəkmə müəssisəsinin rəhbərliyi Vəli Ələsgərovu buraxmaqdan imtina edir” – Vəkil

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cəza müddəti sentyabrın 27-də başa çatsa …