Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Un və çörəyin qiyməti endirildi

Un və çörəyin qiyməti endirildi

Azərbaycanda bahalaşan əraz qiymətlərinə etirazlardan bir gün sonra, hökumət buğda idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışına əlavə dəyər vergisini aşağı salıb.

Cümə günündən etibarən bu qayda ölkə böyunca tətbiq olunacaq.

Manatın məzənnəsinin aşağı düşməsinin ardından ölkədə un və çörəyin qiymətinin artdığı müşahidə olunub.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörəyin 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacağı bildirilir.

“Un və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək,” İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.

Son günlər Azərbaycanın bir sıra bölgəsində qiymət artımına və işsizliyə qarşı etiraz nümayişləri keçirən sakinlər həm də çörəyin qiymətinin qalxmasından narazılıqlarını bildirirlər.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın