Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Un məhsullarının 20 faizədək ucuzlaşacağı gözlənilir

Un məhsullarının 20 faizədək ucuzlaşacağı gözlənilir

Azərbaycanda un məhsullarının qiymətinin 10-20 faiz azalması gözlənilir və bu istiqamətdə işlər davam etdiriləcək. Azinforum.az-ın məlumatına görə, bunu Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda unun topdansatış qiyməti 21,5-22,5 manat arasında dəyişir.

Ş.Nağıyev qeyd edib ki, əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ilə məşğul olan müəssisələr 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub: “Əgər daha əvvəl 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 25,5-26,7 manat arasında dəyişirdisə, hazırda bu, 21,5-22,5 manat təşkil edir. Bu, unun pərakəndə satışına da təsir edib. Məsələn, 50 kiloqramlıq un kisəsinin qiyməti 28-29 manatdan 23-24 manatadək azaldılıb”.

O əlavə edib ki, unun qiymətinin azaldılması çörəyin qiymətinə də təsir edib: “Əgər daha əvvəl 500 və 700 qramlıq “zavod” çörəyinin pərakəndə satış qiyməti 0,40 və 0,50 manat idisə, hazırda 0,30-0,40 manatadək azalıb ki, bu da iqtisadi cəhətdən yetərli qədər əsaslanıb”.

Ş.Nağıyev diqqətə çatdırıb ki, nazirlik süni qiymət artımı faktlarının aradan qaldırılması üçün bütün zəruri tədbirlər görür və bu məqsədlə müvafiq dövlət qurumları, o cümlədən Baş Prokurorluqla mütəmadi monitorinq aparır: “İqtisadiyyat və Sənaye Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə tədbirlər planı hazırlanıb və təsdiq edilib, buna əsasən, mümkün mənfi halların qarşısını almaq üzrə zəruri tədbirlər aparılır. Çörək və digər məhsullar üzrə qiymətlərin süni şəkildə artırılması ilə bağlı qanun pozuntuları aşkar edilərsə, qüvvədəki qanunvericiliyə uyğun ən ciddi tədbirlər görüləcək”.

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın