Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Ümidsiz borclar probemini necə həll etməli?” – İqtisadçıdan tövsiyyə

“Ümidsiz borclar probemini necə həll etməli?” – İqtisadçıdan tövsiyyə

Sonuncu devalvasiyadan sonra banklara və qeyri-bank kredit təşkilatlarına valyuta ilə, əsasən dollarla kredit borcu olanlar çıxılmaz vəziyyətə düşüb. Bəzi borcalanlar problemini həll etmək üçün yenidən banklara üz tutur və digər banklar qarşısındakı öhdəliklərini başqa banklardan götürdükləri yeni kreditlər hesabına həll etməyə çalışırlar.

Azinforum.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu həmin şəxslərə tövsiyyə verib:

Əslində ödəmə qabliyyəti pis olanlara və ya olmayanlara banklar tərəfindən təkrar kredit verilməsi problemin müvəqqəti həllinə xidmət edir və nəticəni dəyişmir. Odur ki, xarici valyuta ilə, əsasən də dollarla olan kreditlərin geri qaytarılmasında yaradılmış problemin həlli üçün aşağıdakı təklifləri təqdim edirəm.

– 1 yanvar 2016-cı ildən başlayaraq dollarla və digər xarici valyuta ilə olan kreditlər yalnız valyuta gəlirləri olan müəssisə və təşkilatlara onların maliyyə fəaliyyətinin nəticələrini əks etdirən hesabatları əsasında, il və ya rüb ərzində qazandığı valyuta gəlirlərinə müvafiq məbləğdə verilsin.

– 1 yanvar 2016-ci ildən Mərkəzi Bank nəznində “Şübhəli və ümidsiz borclar üzrə Agentlik” yaradılsın. Bu agentlik kommersiya bankların və qeyri-bank kredit təşkilatlarının məzənnə fərqindən yaranmış xərclərini örtmək üçün vəsaitlə təmin edilsin. Banklar gələn ildən başlayaraq valyuta ilə olan kreditlər üzrə müştərilərlə hesablaşmalar aparan zaman kreditin ayrılma tarixi ilə borcun ödənilməsi tarixi arasında yaranmış məzənnə fərqini ayrıca xərc maddəsi kimi hesablayaraq onun ödənilməsi üçün Mərkəzi Bankın müvafiq agentliyinə müraciət etsinlər. Mərkəzi Bankın müvafiq Agentliyi də öz növbəsində müraciətin əsaslı olmasını yoxladıqdan sonra xüsusi resursları hesabına həmin xərcin maliyyələşdirilməsi üçün xətt açsınlar.

– Parlament yaz sesiyasında “Fiziki şəxslərin (vətəndaşların) müsflişməsi” haqqında ayrıca qanun qəbul etsin. Mövcud qanunvericilikdə işlədilən «borclu» anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də, bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmişədirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənərlərini məhkəməyə təqdim etsinlər. Məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən strukturlaşması planı və onların ödəmə qabliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla onlara 3 ilədən 5 ilədək kredit tətilləri verillsin.

Beləliklə də məhkəmlərin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yarannmış xərclərin dövlət tərəfindən qarşılanması problemin həllinə töhfə olardı. Bütün bu təklifin reallaşması “parnik banklar”ı da düşdüyü böhranlı vəziyyətdən çıxara və vətəndaşlarla banklar arasında yaranmış münasibətlərin gərgunliyini və eyni zamanda gələcəkdə belə halların baş verməsi ehtimalını azalda bilər.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın