Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Ukraynalı qadın əkiz körpələri ilə birlikdə Bakıda itkin düşüb

Ukraynalı qadın əkiz körpələri ilə birlikdə Bakıda itkin düşüb

Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz körpələri ilə birlikdə itkin düşüb. Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsi onların axtarışlarını aparır. (Report)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …