Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Ukraynada xüsusi təyinatlıların yaxaladığı azərbaycanlı quldur-mafioz kimdir?

Ukraynada xüsusi təyinatlıların yaxaladığı azərbaycanlı quldur-mafioz kimdir?

Ukraynada Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində kriminal qruplaşmalardan birinin lideri olan Azərbaycan vətəndaşını yaxalayıb. Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti bildirir.

“Azərbaycan bu cinayətkarı ağır və xüsusilə ağır cinayətlərə, o cümlədən mütəşəkkil cinayətkar dəstənin tərkibində odlu silah tətbiq etməklə quldurluq əməli törətməyə görə məsuliyyətə cəlb etmək üçün beynəlxalq axtarışa verib”-məlumatda deyilir.

Əməliyyatçılar Azərbaycan vətəndaşının yerini müəyyən ediblər və onun yaxalanması üçün əməliyyat keçirilib. Həmin mafiozun Ukraynanın mərkəzi regionlarından birində kiçik qəsəbədə yaxalandığı bildirilir. Saxlanılan şəxsin kimliyi barədə məlumat verilmir. Hazırda onun Azərbaycana ekstradisiyası məsələsinə baxılır.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …