Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Ukraynada qızıl mağazasını qarət edən 6 azərbaycanlı saxlanıldı

Ukraynada qızıl mağazasını qarət edən 6 azərbaycanlı saxlanıldı

Ukrayna polisi Xarkov vilayətinin Krivoy Roq şəhərində silahlı basqın edərək zərgərlik mağazasını yaran şübhəli şəxsləri yaxalayıb.

Bu barədə Ukraynanın Milli Polis İdarəsi rəisinin birinci müavini Vyaçeslav Abroskin öz “Facebook” səhifəsində yazıb.

Rəis müavininin sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan 6 nəfər Azərbaycan vətəndaşıdır. Onlardan 1,5 kq-dan artıq zərgərlik məmulatları götürülüb.

“Report” bildirir ki, hadisə şənbə günü, yanvarın 19-da baş verib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …