Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Ukraynada qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanılıb

Ukraynada qadın alveri ilə məşğul olan azərbaycanlı saxlanılıb

Ukraynada 50-ə qədər qadını satmaqda ittiham olunan azərbaycanlı saxlanılıb.
“Report”un əldə etdiyi məlumata görə, Ukraynanın paytaxtı Kiyev şəhər Şevçenkovskiy rayon polisi ilə Xerson şəhər polisinin birgə əməliyyatı nəticəsində azərbaycanlı, 1970-i il təvəllüdlü Həsənov Qabil Xasay oğlunun başçılıq etdiyi dəstə saxlanılıb.

Azərbaycanlı barəsində artıq Şevçenkovskiy rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan rədbiri seçilib.

O, başçılıq etdiyi dəstə ilə birgə 50-ə qədər ukraynalı qadını Avropa və ərəb ölkələrində fahişəliyə cəlb etmə məqsədilə satılmasında ittiham olunur.

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …