Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ukraynada “Lotu Quli”yə yaxın olan daha iki şübhəli yaxalandı – FOTOLAR

Ukraynada “Lotu Quli”yə yaxın olan daha iki şübhəli yaxalandı – FOTOLAR

Moderator.az bir neçə gün öncə Ukraynada “Lotu Quli”yə yaxınlığı iddia edilən cinayətkar dəstənin Azərbaycan əsilli iş adamlarının pul tələbi ilə oğurlanması haqqında məlumat vermişdi.
Xatırladaq ki, on gün əvvəl iş adamı, əslən Şəkidən olan Hikmət Abdullayevin bir aydan çox oğurlanaraq pul tələb edildiyi, pul ödənmədiyi üçün öldürülməsinə qərar verildiyi, son anda Ukrayna təhlükəsizlik orqanlarının əməliyyatı nəticəsində sağ qalması barədə də oxucularımızı məlumatlandırmışdıq.
Qeyd edək ki, Hikmət Abdullayevin ölümünü sifariş verən “Lotu Quli”nin Polad adlı yaxın qohumu  oğurladıqları şəxsin iplə boğaraq öldürülməsini telefonla göstərişi verdiyi də Ukrayna hüquq – mühafizə orqanlarına məlum olub. Poladın hal-hazırda axtarışda olduğu bildirilir.
Moderator.az bu dəqiqələrdə Ukraynadakı mənbələrindən həmin cinayətin başqa üzvlərinin bir neçə saat əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yaxalandığı haqqında informasiya alıb.
Tutulanlardan biri Hikmət Abdullayevi Kiyev ətrafında kirayələdiyi evdə saxlayan 20.08.1965 təvəllüdlü, əslən Ağstafa rayonundan olan, Ukrayna vətəndaşı Asif Həsənovdur. Başqa biri 27.11.1967 təvəllüdlü, əslən Sabirabad rayonundan olan, Ukrayna vətəndaşı Arzuman Bayramovdur.
Tutulan şəxslər hal-hazırda istintaqa ifadə verirlər.
İddialara görə, Ukraynanın müxtəlif şəhərlərində tutulan bu şəxslər bir neçə müddət imiş ki, məhz öz həmyerlilərini, Azərbaycan əsilli iş adamlarının və onların ailə üzvlərini pul tələb etməklə oğurlamaqla məşğul olublar.
Hadisələrin gedişi haqqqında əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …