Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Ukraynada həbsdə olan qazi azadlığa buraxıla bilər

Ukraynada həbsdə olan qazi azadlığa buraxıla bilər

Oktyabrın 19-da Ukraynada həbsdə olan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının növbəti məhkəmə prosesi keçiriləcək. 

Bu barədə azərbaycanlı qazinin vəkili Aygül Rəfiyeva Musavat.com-a açıqlamasında bildirib. Vəkil qeyd edib ki, Misir Qasımlı bu günə qədər haqsız yerə həbsdə saxlanılır: “İlk öncə bugünlərdə Azərbaycan parlamentində Misir Qasımlının məsələsinin qaldırılmasına görə təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu məsələyə biganə qalmayan hər kəsə təşəkkür edirik. Qeyd edim ki, Misir Qasımlının növbəti məhkəmə prosesi gələn həftə, oktyabrın 19-na təyin olunub. İnanırıq ki, məhkəmə prosesə ədalətli yanaşar və o, azadlığa çıxar.

Bildiyiniz kimi, Ukrayna Apelyasiya Məhkəməsi Misir Qasımlının xeyrinə qərar çıxardı. Belə ki,  Obuxov Məhkəməsinin qərarı ləğv edildi. Buna baxmayaraq, Misir Qasımlı azadlığa buraxılmadı.  Onu da əlavə edim ki, iş üzrə heç bir sübut, dəlil yoxdur. Buna baxmayaraq, məhkəmə işi əsassız yerə təxirə salır. Bu günə qədər bir dəfə də olsun zərərçəkən məhkəməyə ya istintaqa gəlməyib”.

Qeyd edək ki, Misir Qasımlı İkinci Qarabağ savaşının iştirakçısıdır. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Vətən müharibəsi qazisi olan Misir Qasımlı bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. M.Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını deyib və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəyib.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …