Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Kriminal / Ukraynada Ermənistan vətəndaşları saxlanılıb

Ukraynada Ermənistan vətəndaşları saxlanılıb

Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.

Bundan sonra hüquq-mühafizə orqanları yaxınlıqda olan Ujqorod şəhəri ərazisində Ermənistan vətəndaşlarına köməklik edən bələdçini saxlayıblar. Onun üzərindən külli miqdarda xarici valyuta, bank kartları və digər sənədlər aşkarlanıb.

Ermənistan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. (AzərTAc)

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …