Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ukraynada biznesmenin qızı “Lexus”la piyadaları vurdu – 5 ölü, 6 yaralı+Video

Ukraynada biznesmenin qızı “Lexus”la piyadaları vurdu – 5 ölü, 6 yaralı+Video

Ukraynanın Xarkov şəhərində işıqforun yaşıl işığında gözləyən piyadaları vuran Lexus-un sahibi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, artıq piyadaların ölümünə səbəb olan Lexus-un sahibi polis tərəfindən saxlanılıb və məhkəmə haqqında həbs qərarı çıxarıb.

Məlum olub ki, sürücü yerli biznesmenlərdən olan “Qruppa-Tayfun”un rəhbəri Vasili Zayçevin 20 yaşlı qızı Yelena Zayçevadır.

Qeyd edək ki, hadisə Lexus-un sürücüsünün qırmızı işıqda yolu keçmək istəməsi nəticəsində baş verib. Bu zaman digər avtomobillə toqquşan Lexus yol kənarındakı piyadaları vurub. Nəticədə 5 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan biri – yeddi aylıq hamilə qadın hazırda komadadır.






Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …