Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Ukraynada azərbaycanlı polis rəisi – Foto

Ukraynada azərbaycanlı polis rəisi – Foto

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir. 

“ Azinforum.ax ” AzərTac-a istinadən xəbər verir ki, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olan Karina Məmməd qızı Əliyevanın atası azərbaycanlı, anası ukraynalıdır.

O, 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib.

2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb.

014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …