Ana səhifə / Kriminal / Ukraynada azərbaycanlı avtoritetlər saxlanıldı – Fotolar

Ukraynada azərbaycanlı avtoritetlər saxlanıldı – Fotolar

Ukraynada aralarında azərbaycanlıların da olduğu kriminal avtoritetlər saxlanılıb.
“Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşları kriminal avtoritetlərin bir araya gəldiyi “Şaşlıq evi” adlı kafedə xüsusi əməliyyat keçiriblər. Bu zaman Mərkəzi Ukraynanın, Kirovoqrad, Dnepropetrovsk və Nikolayev vilayətlərinin 27 kriminal avtoriteti saxlanılıb.
Onların arasında 5 azərbaycanlı-Əkbər Zeynalov, Şükür Hümbətov, Kamran Gözəlov, Zamiq Mehbalıyev, Vüsal Çalabayev, Cavid Tapdıqlı, Nəcəb Əhmədov da olub. Bildirilir ki, görüşün məqsədi 27 avtoritetin öz aralarında təsir dairələrini bölüşdürmək olub.
Qeyd edilir ki, saxlanılanlardan bir neçə ədəd odlu silah, iki avtomat və qumbara götürülüb.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın