Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Kriminal / Ukraynada azərbaycanlılardan ibarət cinayətkar dəstə saxlanıldı

Ukraynada azərbaycanlılardan ibarət cinayətkar dəstə saxlanıldı

Ukraynanın Zaporojye şəhərində azərbaycanlılardan ibarət cinayətkar dəstə saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə Zaporojye rayonunun Milli Polis İdarəsinin rəisi Oleq Zolotonoşa sosial şəbəkədəki səhifəsində yazıb. Polis rəisinin bildirdiyinə görə, 3 azərbaycanlı cinayətkar xüsusi təyinatlı polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tutulub.

Dəstə tutularkən istifadə etdikləri avtomobilin Dneprdə əvvəllər oğurlandığı ortaya çıxıb. Maşına baxış zamanı oradan iki qranat və tapança da aşkar edilib.

Hər üç şəxsin Ukraynanın Cinayət Məcəlləsinin 289, 263 və 190-cu maddələri ilə istintaqa cəlb olunduğu bildirilir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …