Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Ukraynada 2 il əvvəl itkin düşən azərbaycanlı biznesmen tapılıb

Ukraynada 2 il əvvəl itkin düşən azərbaycanlı biznesmen tapılıb

 

Ukraynanın Luqansk vilayətində 2 il əvvəl itkin düşən azərbaycanlı iş adamı tapılıb.

“Report”un əldə etdiyi məlumata görə, 2016-cı ildə Melovskiy rayonu ərazisində itkin düşən, əslən Azərbaycanın Tovuz rayonundan olan, 1977-ci il təvəllüdlü Quliyev Alı Tayfur oğlu Donetsk şəhəri ətrafında sərbəst buraxılıb.

Onun bu müddət ərzində özünü tanınmayan “Luqansk Xalq Respublikası”na bağlı olduğunu bildirən silahlı dəstə tərəfindən girov saxlanıldığı bildirilir. A.Quliyev hazırda Donetsk şəhərindədir.

Azərbaycanlı iş adamı kənt təsərrüfatı biznesi ilə məşğul olub.

 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …