Ana səhifə / Kriminal / Ukrayna yükləri Azərbaycan ərazisi ilə daşınacaq

Ukrayna yükləri Azərbaycan ərazisi ilə daşınacaq

Yanvarın 15-də Ukraynanın İlyiçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə konteyner sınaq qatarı yola düşüb.

Fins.az xəbər verir ki, eksperimental reysə bərə keçidləri və quru yol daxildir.

Konteyner qatarının işə salınması mərasimində Ukrayna baş nazirinin müavini Gennadi Zubko, infrastruktur naziri Andrey Pivovarski, iqtisadi inkişaf naziri Ayvaras Abromaviçus və digər rəsmi şəxslər iştirak ediblər.

Marşrut Qara dənizin İlyiçevsk-Batumi və Xəzər dənizinin Ələt-Aktau-Port bərə keçidlərini əhatə edir.

Xatırladaq ki, dünən Bakıda Ukraynadan ixrac olunan yüklərin Gürcüstan və Azərbaycan əraziləri ilə Qazaxıstana daşınmasına dair danışıqlar aparılıb və razılaşma əldə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, bu marşrutla ayda səkkiz qatar hərəkət edəcək.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın