Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Ucarda dəhşətli qətl: – arvadını və anasını baltaladı!

Ucarda dəhşətli qətl: – arvadını və anasını baltaladı!

Ucar rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, rayon sakini Aruz Tağıyev həyat yoldaşı Şəhla və anası, Ucar rayonu Fərzəliyev küçəsi ev 30-da yaşayan, 1953-cü il təvəllüdlü Tağıyeva Zivərxanım Qaraş qızına balta ilə xəsarət yetirib. Qanlı hadisə nəticəsində cinayəti törədənin həyat yoldaşı Şəhla elə hadisə yerindəcə dünyasını dəyişib. 66 yaşlı Zivərxanım Tağıyeva isə vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Neyrocərrahiyə Xəstəxanasına gətirilib. Əməliyyata götürülən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisəni törədən şəxsə gəldikdə isə, o, Ucar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. Faktla bağlı Ucar rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin ruhi xəstə olduğu deyilir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …