Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarılıdı – VİDEO

Ucarda dəhşət: 16 yaşlı qız qaçırılıdı, zorlandı, sonra ailəsinə qaytarılıdı – VİDEO

Ucar rayonunun Bərgüşad kəndində dəhşətli hadisə baş verib.Moderator.az xəbər verir ki, yanvar ayının 7-də 16 yaşlı məktəbli qız 30 yaşlı kişi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb. Bu haqda məlumatı “Səni axtarıram” verilişində qaçırılan məktəblinin nənəsi Səadət Məmmədova səsləndirib. Onun sözlərinə görə, məktəbli dərsdən çıxarkən  Zamin Muradov, qardaşı  Fazil Muradov və qardaşının həyat yoldaşı Xatirə Muradovayla birlikdə azyaşlını zorla qaçırıb. Məlumata görə, məktəbli qızı qaçıran şəxs atasının əmisi oğludur. 
Verilişə müraciət edən nənə hüquq mühafizə orqanlarına məlumat verildiyini və ailəsinin qarşı tərəfdən təhdid olunduğunu bildirib. Qadının sözlərinə görə, qızı qaçıran şəxslər “ləkəni” silmək adı ilə qarşı tərəfi barışığa razı salıb. Amma nənə nəvəsinin təhsil alması üçün çalışdığını, günahkarların cəzalandırılmasını istəyir. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …