Bazar , Fevral 24 2019
Ana səhifə / Kriminal / Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi

Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi

Bir müddət öncə leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pulları ələ keçirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Baku TV-yə azyaşlının anası Rahilə Dadaşova məlumat verib. 
Belə ki, hesabdan pulu çıxaran şəxs – Ramil Rüstəmov Azərbaycan vətəndaşıdır.
Rahilə Dadaşova pulun geri qaytarılmasına sevinsə də, uşağın səhhətində yaranan digər problemlərə görə həkimlər onun müalicəsini dayandırıb. Anası deyir ki, Aylinin sağalması üçün 70 min dollar pula ehtiyac var.
Qeyd edək ki, bir müddət öncə Moskvada yaşadığı deyilən azərbaycanlı şəxs ailəyə yardım məqsədilə onları aldadaraq, hesabda olan bütün pulları ələ keçirmişdi.

[media=https://www.youtube.com/watch?v=i2LJ_V30Pes]

Həmçinin oxuyun

Bakıda dəhşət – Ata öz məktəbliqızına tamah saldı və…

Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. “Ölkə.Az” xəbər …