Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Tutulan icra başçısıyla bağlı sensasion faktlar üzə çıxır: “Bizi ölümə məhkum etmişdi” — VİDEO

Tutulan icra başçısıyla bağlı sensasion faktlar üzə çıxır: “Bizi ölümə məhkum etmişdi” — VİDEO

Dünən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılan, bu gün isə işdən çıxarılan Biləsuvarın icra başçısı Mahir Quliyevin törətdiyi əməllər barədə sensasion faktlar üzə çıxır.


Bu gün bir qrup Biləsuvar sakininin saytımıza göndərdiyi videomüraciətdə M.Quliyevin sakinlərin qanuni istifadəsində olan torpaqları zəbt etməsindən, bununla da 45 ailənin çarəsiz duruma düşməsindən bəhs edilir.

Şikayətdə qeyd edilir ki, o öz səlahiyyətlərindən istifadə edib sakinlərin torpaqlarını sürücüsünün və bir neçə traktorçunun adına sənədləşdirərək, həmin ərazilərdə əkin əkdirirmiş. Sakinlər icra başçısının işdən çıxarılmasını həmin torpaqların yenidən onlara qaytarılması üçün bir fürsət olduğunu bildirirlər və Prezident İlham Əliyevdən xahiş edirlər ki, bunun üçün lazımı göstərişi versin.

Qeyd edək ki, M.Quliyevin sakinlərin torpaqlarını qanunsuz, hədə-qorxu, güc yoluyla zəbt etməsi ilə bağlı “BakuPost” bir neçə dəfə məlumat yayıb. Hələ 2017-cu ildə icra başçısının 100 fermerin torpağını əllərindən alması barədə geniş məqalə yayımlaşıdıq. Məqalədə qeyd edilirdi ki, M.Quliyev bir müddət əvvəl prezident İlham Əliyevin istifadəsiz qalan torpaqların yararlı sahələrə çevrilməsi ilə bağlı sərəncamından sui-istifadə edərək, istifadədə olan torpaqları da vətəndaşlardan zorla alıb satır.(bakupost.az)

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …