Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Türkiyədə silahlı azərbaycanlı marketi qarət etməyə çalışdı – VİDEO

Türkiyədə silahlı azərbaycanlı marketi qarət etməyə çalışdı – VİDEO

Türkiyənin İstanbul şəhərində azərbaycanlı saxlanılıb. 

Türkiyə mediasının xəbərinə görə, o, marketlərdən birini qarət etməyə çalışdığı üçün tutulub.

Bildirilib ki, hadisə şəhərin Kağıthane rayonunda qeydə alınıb. İlkin M. adlı azərbaycanlı silahla marketə daxil olub və oranı qarət etməyə çalışıb. 

Qadının səs-küy saldığını görən cinayətkar hadisə yerindən qaçıb. 

Məlumatlara görə, o, qısa zamanda polis əməkdaşları tərəfindən saxlanılıb. İfadəsi alındıqdan sonra İlkin M. həbs edilib. 

Hadisə marketdəki təhlükəsizlik kameralarına əks olunub. 

Həmin görüntüləri təqdim edirik:https://player.baku.tv/embed/30208

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …