Ana səhifə / Kriminal / Türkiyədə fahişəliyə görə daha iki azərbaycanlı qadın saxlanıldı, birində xəstəlik var

Türkiyədə fahişəliyə görə daha iki azərbaycanlı qadın saxlanıldı, birində xəstəlik var

Türkiyə polisi Karaman bölgəsində fahişəliklə məşğul olan iki azərbaycanlı qadını saxlayıb. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar 56 yaşlı S.S və 36 yaşlı S.N-dir.

Məhkəmə və inzibati istintaqdan sonra yoluxucu xəstəliklərinin olub-olmamasını müəyyən etmək üçün qadınlar xəstəxanaya göndəriliblər. Tibbi müayinə zamanı 55 yaşlı S.N-də yoluxucu xəstəlik aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Türkiyə mətbuatında vaxtaşırı polis tərəfindən fahişəliklə məşğul olan qadınlara qarşı reydlərin keçirilməsi ilə bağlı xəbərlərə rast gəlirik. Bəzən həftədə 2-3 belə əməliyyat həyata keçirilir və belə reydlərdə digər millətlərlə yanaşı az qala hər dəfə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar da müəyyən edilir. Bu da azərbaycanlı qadınların daha çox Türkiyədə fahişəliyə cəlb olunduğunu göstərir.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən hazırlanan illik hesabata görə, 2017-ci ildə Azərbaycanda 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi insan alveri qurbanı olub. Qurbanlardan 43-ü istismar məqsədi ilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb.

Hazırda Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayına dair heç bir təxmini rəqəm, yaxud statistika mövcud deyil. Araşdırma zamanı məlum olur ki, Türkiyədə fahişəliyə görə tutularaq ölkəyə qaytarılan qadınların heç də hamısı könüllü gedənlər deyil. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, Türkiyədə fahişəliklə məşğul olan qadınların bir qismi aldadılaraq qonşu ölkəyə aparılır, digər bir qismi isə bədənindən qazanc götürmək üçün sərbəst şəkildə qonşu ölkəyə üz tuturlar.

“Bəzi qadınlar şantaj edilir və ya etibardan sui-istifadə olunaraq cinsi istismara məruz qoyulurlar. Bu insan alveridir və həmin şəxslər də insan alveri qurbanlarıdır. Müşahidələrimiz göstərir ki, belə şəxslər ya qaynar xəttə məlumat verirlər və ya İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə gələrək ərizə yazırlar. İkinci kateqoriya isə sərbəst bu peşəni seçirlər və öz bədənlərini qazanc etmək istəyirlər. Bunun statistikası məlum deyil. Yalnız QİÇS-lə mübarizə Mərkəzində HİV-ə yoluxan belə qadınlar haqqında məlumat toplanır”, – deyə M. Zeynalova bildirir.

QHT sədri deyir ki, könüllü Türkiyəyə gedənlərin bir qismi isə məişət zorakılığı qurbanlarıdır. Daha çox boşanan, ailəsindən, yaxınlarından dəstək almayan, borcu olan qadınlar da seçim kimi bunu edirlər. Bir çox hallarda isə belə qadınların peşəsi və təhsili də olmur.

Cinsi istismara məruz qalan qadınların sonradan ölkəyə qaytarılarkən cəmiyyətə adaptasiyasına gəlincə isə, Mehriban Zeynalova deyir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sığınacağı var. Orada reabilitasiya və reinteqrasiya prosesi keçirlər. Həmin şəxslərə 400 manat kompensasiya ilə yanaşı əlavə dəstək verilir və ehtiyacları ödənir. Onlar üçün xüsusi proqramlar həyata keçirilir və peşə kurslarına cəlb olunurlar.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …