Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Türkiyədə evlilik vədi ilə dələduzluq edən azərbaycanlı qadın ələ keçdi

Türkiyədə evlilik vədi ilə dələduzluq edən azərbaycanlı qadın ələ keçdi

Türkiyənin Kütahya şəhərində aralarında azərbaycanlı qadının da olduğu üç nəfərlik dəstə ələ keçib.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onlar Simav rayon sakininə qarşı dələduzluq etməkdə ittiham olunurlar.

Belə ki, dəstə üzvləri telefon vasitəsilə həmin şəxslə əlaqə saxlayıb və ondan azərbaycanlı qadınla evlilik qarşılığında 7500 lirə (1860 AZN – red.) pul istəyib.

Pulu aldıqdan sonra dəstə üzvləri aradan çıxıb. Polis şikayət əsasında həmin şəxsləri ələ keçirib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …