Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Türkiyədə 4 bacı-qardaş eyni anda intihar etdi – Hökumət işə qarışdı

Türkiyədə 4 bacı-qardaş eyni anda intihar etdi – Hökumət işə qarışdı

Türkiyədə ötən gün baş vermiş intihar hadisəsi bütün ölkəni şoka salıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İstanbulun Fateh rayonunda yaşayan Yetişkin ailəsinin 4 üzvü eyni anda intihar edərək həyatlarına son qoyub. Bunlar Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamurandır (60 yaş). 

Məlumata görə, onlar intihardan öncə mənzilin qapısına “Diqqət, sianid (zəhərli maddə) var. Polisə zəng edin, içəri daxil olmayın” qeydini asıblar. 

Bunu görən sakinlər polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirərkən mənzilin içərisində yerə səpələnmiş depressiya əleyhinə dərmanları və 4 bacı-qardaşın cəsədlərini aşkarlayıb.

Bildirilir ki, ailə üzvləri maddi imkansızlıqdan və külli miqdarda borc ucbatından canlarına qəsd ediblər. Bacı-qardaşların heç biri evli olmayıb.

İntihar məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) də müzakirə olunub. Vitse-prezident Fuad Oktay Yetişkin ailəsindən danışarkən bildirib:

“Aclıqdan intihar etməyiblər. Bu xəbər doğru deyil. Bizdə kasıblıqdan intihar etdiklərinə dair məlumat yoxdur”.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …