Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Türkiyədə “ərə gedən” azərbaycanlı qadının inanılmaz fırıldağı – FOTO

Türkiyədə “ərə gedən” azərbaycanlı qadının inanılmaz fırıldağı – FOTO

Azərbaycanlı qadın Türkiyədə evləndiyi kişini aldadıb.
Türkiyə mətbuatı xəbər verir ki, Sivas bölgəsində yaşayan 32 yaşlı İsmayıl Doğan 2 ay əvvəl 3 min lirə başlıq pulu ödəyərək azərbaycanlı G.Daşdəmirova ilə evlənib. Onlar arasında dini kəbin kəsilib.

Kocaeli Karamürseldən gəlin gətirən Doğan sevincindən maşının üstünə “Türkiyədə yoxdur, Azrbaycandan aldım” deyə yazdırsa da, sonradan buna peşman olub.

Doğanın iddiasına görə, evləndikləri gündən sonra Daşdəmirova ondan müxtəlif səbəblərlə pul istəməyə başlayıb. Doğan rəsmi nikah söhbətini açdıqda isə həyat yoldaşı xəstələndiyini iddia edib və evi tərk edib. Doğan azərbaycanlı xanıma bu günə qədər 60 min lirə xərcləyib.

Həyat yoldaşının yoxa çıxdığını görən kişi polisə şikayət edib. Məlum olub ki, dini kəbin kəsdirdiyi xanım 10 ildir başqası ilə evlidir. (Azvision.az)

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …