Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinə başlamaq istəyir

Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsinə başlamaq istəyir

Türkiyə Qars-İğdır-Naxçıvan dəmiryolu layihəsini həyata keçirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Qarsda olan Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi artıq başa çatır: “Bu layihə Qars bölgəsinə də fayda verəcək. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsindən sonra İğdırdan Naxçıvana, İrana və Pakistana dəmiryolu çəkəcəyik”.
Ə.Arslan əlavə edib ki, bu məsələ İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən 13-cü sammitində də müzakirə olunub: “Bölgələrin yükünü Qarsdan Avropaya daşımaq niyyətindəyik”.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın