Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Türkiyə mediası “Lotu Quli” ilə bağlı daha bir xəbər yaydı

Türkiyə mediası “Lotu Quli” ilə bağlı daha bir xəbər yaydı

Türkiyənin “Milliyet” qəzeti azərbaycanlı kriminal avtoritet “Lotu Quli”nin (Nadir Səlifov) saxlanılması ilə bağlı xəbər yaysa da, daha sonra “Quli”nin deyil, ona qarşı sui-qəsd hazırlayanların tutulduğunu bildirib. 

“Qafqazinfo”nun xəbərinə görə, məlumatda qeyd olunur ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin yanvarın 31-də 6 fərqli ünvanda həyata keçirdiyi əməliyyat çərçivəsində 9-u Azərbaycan, 5-i Gürcüstan, 2-si Ukrayna və 1-i Rusiya vətəndaşı olmaqla 17 nəfər saxlanılıb. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb.

Bildirilir ki, cinayətkar dəstəyə gürcü əsilli, “Andrey Malyi” ləqəbli kriminal avtoritet Quram Çıxladze rəhbərlik edib.

Şübhəlilərin Rusiya mafiya qruplarının müxtəlif cinayət təşkilatlarının içində olduqları və bir-birlərinə qarşı hərəkətə hazırlaşdıqları müəyyən edilib. Tutulan Rusiya dəstəsinin hədəfi “Lotu Quli” olub.

Xatırladaq ki, ötən gün saxlanılan şəxslər barədə məlumat yayılmışdı. Bu gün isə KİV-də saxlanılma prosesinə dair fotolar dərc olunub.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …