Ana səhifə / Kriminal / Türkiyə məhkəməsi əri tərəfindən döyülən azərbaycanlı qadının müraciətini qəbul etmədi

Türkiyə məhkəməsi əri tərəfindən döyülən azərbaycanlı qadının müraciətini qəbul etmədi

Türkiyənin Samsun vilayətində məhkəmə azərbaycanlı Gülcənnət B. adlı qadının şikayətini geri götürmək üçün etdiyi müraciəti təmin etməyib.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb.

Mətbuatın yazdığına görə, bir müddət əvvəl Samsun vilayətində yaşayan azərbaycanlı Gülcənnət B. onu döyən ərindən polisə şikayət edib. Lakin sonradan həyat yoldaşı M.D-ni bağışladığını deyən qadın onunla bağlı şikayəti geri götürmək üçün müraciət edib. Lakin məhkəmə qadının müraciətini qəbul etməyib və ərinə 4 ay həbs cəzası verib.

“Samsunda heç kimim olmadığına görə şikayətimi geri götürdüm. Belə bir hadisə olduğuna görə çox peşmanam. Həyat yoldaşımı bağışladım və istəyirəm ki, dövlət də bağışlasın. Məhkəmənin verdiyi qərarda sabah həbs olunacağı bildirilir. Ərimin tutulmasını istəmirəm”, – deyə Gülcənnət B. söyləyib.

Azərbaycanlı qadın həyat yoldaşının astma, özünün isə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, əgər əri həbsxanaya düşərsə, orada həyatını itirə bilər. Gülcənnət B. həmçinin Türkiyə prezidentindən yardım gözlədiyini deyib.

 

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …