Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Türkiyəyə satılan qazın qiymətinə yenidən baxıla bilər – SOCAR

Türkiyəyə satılan qazın qiymətinə yenidən baxıla bilər – SOCAR

“Hal-hazırda TANAP layihəsinin 60%-i tamamlanıb”. Fins.az xəbər verir ki, bunu “SOCAR Turkey Energy A.Ş.”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə istismara verilməsi nəzərdə tutulan TANAP-ın ilk mərhələdə ümumi dəyəri 11,7 mlrd. dollar idi, lakin sonradan bu göstərici 8,5 mlrd. dollaradək azaldılıb: “Beləliklə, 3,2 mlrd. dollarlıq vəsaitə qənaət etmiş olduq”.
Z. Qəhrəmanov qeyd edib ki, SOCAR Türkiyə hökuməti ilə Azərbaycandan ixrac olunan qazın tariflərini müzakirə etməyib. Bununla yanaşı, şirkət rəhbəri bu mövzuda görüşmənin olacağını istisna etməyib: “Biz bu cür görüşlərə hazırıq. Zatən rəsmi Ankara da bizə açıqdır. Türkiyə hökuməti bu məsələdə çox maraqlıdır. Biz İqtisadiyyat, Energetika, Maliyyə və Ətraf Mühit Nazirlikləri ilə tez-tez görüşürük”. (APA)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın