Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Türkiyənin “Qol kralı” həbs edildi – Sensasion ittiham

Türkiyənin “Qol kralı” həbs edildi – Sensasion ittiham

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbaxça”nın keçmiş oyunçusu  Zəfər Biryol  bu gün həbs edilib.
Mia.az Türkiyə mətbuatna istinadən xəbər verir ki,  o, İstanbul Baş Prokurorluğunun apardığı FETÖ  istintaqı çərçivəsində saxlanılıb.
Zəfər Biryol FETÖ üzvü olmaqda, onlara yardım etməkdə təqsirləndirilir. O, həm də FETÖ üzvlərinin öz aralarında istifadə etdiyi şifrəli mesajlaşma proqramı olan “ByLock”dan istifadə edirmiş.
Onu da qeyd edək ki, Zəfər Biryol  Türkiyə super liqasında qol kralı da olub.
7 dəfə milli komandanın formasını geyinən Zəfər futbolçu həyatından sonra məşqçiliyə başlayıb. O, 2015-ci ildə ikinci liqa komandalarından olan “Bandırmaspor”un baş məşqçi olub. Bir il sonra isə istefa verib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …